Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

AQTA: 38 kq quru maya məhsulu məhv edildi - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində nəzarət tədbirləri davam etdirilir.

AQTA-dan Yenicag.az-a verilən məlumata görə, fiziki şəxs İsmayılov İlham Məhəmmədoviç tərəfindən Azərbaycana gətirilən məhsul partiyasından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb olunub.

Aparılan müayinələr nəticəsində nümunələrdə mezofil aerob və fakultativ-anaerob mikroorqanizmlərin miqdarı normadan artıq olduğu müəyyən olunub.

Qanunvericiliyə uyğun olaraq, normativ sənədlərin tələblərinə cavab verməyən və istifadəyə yararsız, ümumi çəkisi 38 kq olan quru maya məhsulu “Təhlükəli Tullantılar” poliqonunda Agentliyin əməkdaşlarının iştirakı ilə məhv edilib.

www.yenicag.az

139
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100