!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AQTA 9 müəssisəni cərimələdi – SİYAHI

!Reklam – Yazi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 429 ictimai iaşə obyektində 753 monitorinq keçirib.

AQTA-dan Yenicag.az-a verilən məlumata görə, monitorinqlər zamanı 9 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nərimanov ‎rayonu, N. Nərimanov küçəsi 6 ünvanında yerləşən, fiziki şəxs Əşrəfov Qardaşxan Hümbət oğluna məxsus kafe;

2. Bakı şəhəri, Nəsimi‎ rayonu, Tbilisi pr., ev 52, m. 3 ünvanında yerləşən, fiziki şəxs Hacıyev Əlipənah Dadaş oğluna məxsus kafe;

3. Bakı şəhəri, Nəsimi ‎ rayonu, 20 Yanvar küçəsi 2/51 ünvanında yerləşən, fiziki şəxs Rüstəmov Müşviqə məxsus kafe;

4. Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küç., ev 241 ünvanında yerləşən, fiziki şəxs Əjdərov Əhmədağa Bəxtiyar oğluna məxsus çay evi;

5. Bakı şəhəri, Suraxanı ‎rayonu, Əmircan ştq, Səttar Bəhlulzadə küçəsi 129E ünvanında yerləşən, fiziki şəxs Qəmbərov İlham Süpü oğluna məxsus “Ailəvi” restoranı;

6. Bakı şəhəri, Xətai rayonu, M. Rüstəmov küçəsi 22M ünvanında yerləşən, fiziki şəxs Babayev Qabil Eyvaz oğluna məxsus kafe;

7. Göyçay rayonu, M. Hüseynzadə küçəsində yerləşən, fiziki şəxs Mustafayev Elburuz Əli oğluna məxsus kafe;

8. Goranboy rayonu, Səfikürd kəndində yerləşən, fiziki şəxs Muradov Zaur Nizami oğluna məxsus kafe;

9. Lerik rayonu, Lənkəran yolunun 27-ci kilometrliyində yerləşən, hüquqi şəxs Təbəssüm MMC-yə məxsus kafe.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

www.yenicag.az

558
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv