Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Arıqlamaq istəyənlər: Bu meyvələri yeyin

Sitrus meyvələri orqanizmi zəhərli maddələrdən təmizləyir, sellüliti yox edir, piyləri parçalayır.

Yenicag.az sitrus meyvələrindən ibarət pəhriz təqdim edir:

Sitrus pəhrizi şəkər xəstələrinə və mədə xorasından əziyyət çəkənlərə qadağandır.

I gün
Səhər:
25 qr. yağsız kolbasa və 2 dilim qara çörək, 200 ml. qreypfrut şirəsi, 30 dəqiqədən sonra acı çay.

Nahar:
Bitki yağı ilə qarışdırılmış tərəvəz salatı, 1 ədəd qreypfrut və şəkərsiz çay.

Şam:
Üzərinə limon şirəsi tökülmüş kahı.

II gün
Səhər:
2 ədəd suda bişmiş yumurtanın sarısı, 1 stəkan təzə sıxılmış portağal şirəsi, 30 dəqiqədən sonra acı kofe.

Nahar:
150 qr. yağsız kəsmik, 50 qr. pendir, 1 ədəd portağal.

Şam:
Pomidor, xiyar, şirin bibər, limon şirəsi və bir az bitki yağından hazırlanan salat, 1 parça buxarda bişmiş balıq, 1 dilim qara çörək.

III gün:
Səhər:
Suda bişmiş yulaf, 2-3 ədəd kişmiş, 1 stəkan qreypfrut şirəsi.

Nahar:
Ət bulyonu, 200 qr. suxarı.

Şam:
2 ədəd buxarda bişmiş kabaçok, soyutma toyuq filesi, 0,5 ədəd qreypfrut.

IV gün
Səhər:
1 ədəd suda bişmiş yumurta, 1 stəkan pomidor şirəsi, 30 dəqiqə sonra qara çay.

Nahar:
Limon şirəsi və zeytun yağından hazırlanan kök salatı, 1 orta böyüklükdə qreypfrut.

Şam:
Suda bişmiş 200 qr. yaşıl tərəvəzlər, 2 ədəd kivi, zəncəfilli və limonlu çay.

V gün
Səhər:
200 qr. meyvə salatı (üzüm, quru meyvə və banan olmaz), 2 xörək qaşığı yağsız yoqurt.

Nahar:
Suda bişmiş kartof, yaşıl tərəvəzlərdən salat.

Şam:
2 ədəd sobada bişmiş pomidor, 200 qr. suda bişmiş mal əti, 1 stəkan qreypfrut şirəsi.

www.yenicag.az

198
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100