!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Meyvə-tərəvəz ixracatındakı ƏNGƏLLƏR: "Azərbaycan tərəfi sahibkarlar üçün problem yaradan logistika..." - TƏKLİF

!Reklam – Yazi

“Hava nəqliyyatı ilə daşıma çox bahadır və buna görə də meyvə-tərəvəz istehsalçıları ciddi çətinlik çəkirlər”.

Bu sözləri ərəb ölkələrinə, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinə meyvə-tərəvəz ixrac etmək istəyən Azərbaycan iş adamlarının üzləşdiyi çətinliklərə toxunan iqtisadçı Asif İbrahimov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, sahibkarların üzləşdiyi problemlərin qarşısının alınması iqtisadi inkişaf üçün vacibdir:

“Bu gün ərəb ölkələrinə meyvə-tərəvəz ixrac etmək istəyən sahibkarlar logistika sıxıntısı yaşayırlar. Bundan başqa, müxətlif sənədləşdirmə ilə bağlı müəyyən çətinliklər var. Birləşmiş Ərəb Əmirlikləri və ərəb ölkələrinə məhsul ixrac etmək üçün quru yolla İran körfəzinə çıxış olmalıdır. İran körfəzindən isə məhsul gəmi vasitəsilə ərəb ölkələrinə ixrac olunmalıdır. İran üzərindən ixracat həyata keçiriləndə isə bir sıra logistika və sığorta məsələsi çətinliklər yaradır. Eyni zamanda, müəyyən bürokratik əngəllər yaradılır. Hava nəqliyyatı ilə daşıma isə çox bahadır və buna görə də meyvə-tərəvəz istehsalçıları ciddi çətinlik çəkirlər. Ən yaxşısı quru yoldur. Bu yolla məhsulu Azərbaycandan Dubaya təxminən 6 gün ərzində çatdırmaq mümkündür. Fikrimcə, tranzit ölkə hesab olunan İranla Azərbaycan arasında bu istiqamət üzrə işlərin asanlaşdırılmasına dair danışıqlar aparılmalıdır. Çünki ən böyük problemlər İran ərazisində yaranır. Azərbaycan tərəfi sahibkarlar üçün problem yaradan logistika və sənədləşmə sahəsində ciddi addımlar atmalıdır”.

Gülşən Şərif

www.yenicag.az

660
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv