Reklam: High Technic
hightechnic

"Arsenal"ın ulduz futbolçuları Bakıya gəlməyəcək - SİYAHI

Reklam: Sinerji Pro

İngiltərənin “Arsenal” klubunun 4 futbolçusu “Qarabağ”a qarşı çıxış edə bilməyəcək.

Yenicag.az xəbər verir ki, bunlardan biri də “topçular”ın qapıçısı Petr Çexdir. “Uotford”la matçda zədələnən çexiyalı qolkiper 3-4 həftəlik sıradan çıxıb.

Bundan başqa müdafiəçi Loran Koselni və Konstantinos Mavropanos, habelə, yarımmüdafiəçi Eynsli Meytlend-Naylz da zədə səbəbindən qarşılaşmanı buraxmaq məcburiyyətində qalacaq.

Xatırladaq ki, Britaniya mətbuatı Henrix Mxitaryanın da Bakıya səfər etməyəcəyini yazmışdı.

Qeyd edək ki, Oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” qarşılaşması saat 20:55-də başlanacaq.

www.yenicag.az

1362