Reklam

Reklam

ARB TV-nin “Günə doğru” verilişində “WhatsApp”da olan məlumatların oğurlanması barədə sujet efirə gedib.

Ciddi bir məsələ, “Chatwatch” mobil proqramı “WhatsApp” messencerində kontaktların aktivliyindən əlavə, hətta “WhatsApp”da yazışdığınız istifadəçilərin başqaları ilə yazışmalarını da görməyə imkan verir. Əvvəllər “iOS” mobil əməliyyat sistemi üçün təqdim edilmiş “Chatwatch”, bu azmış kimi Android ƏS üçün də yaradıldı. Vəziyyət dediyim kimi adi deyil. Bu şəxsi “WhatsApp” yazışmalarının yayılmasıdır. Yaxşı, bəs nə edək ki, bizim də “WhatsApp” yazışmalarımızı 3 cü şəxs və digər şəxslər bilməsin?

Rəşad Əliyev (İT mütəxəssis): “Onun artıq 10 mindən çox yüklənməsi var. Proqramın müəllifi haqda geniş məlumat yerləşdirilib. Onun gələcəkdə Web versiyasını işləyəcəklərini bildiriblər. Proqram haqda düzgün və detallı məlumatlar yerləşdirilib. Əfsuslar olsun ki, bu da qəbul olunub”.

Deməli izlənmnə proqramı təkmilləşdiriləcək, baxın, əvvəlcə proqram “WhatsApp”da olan nömrələrin istifadəçilərinin tezliyini, orada keçirdikləri vaxtı öyrənməyə imkan verirdisə bundan sonra daha çox, hətta mesajları, multimedianı digər şəxs də götürə biləcək. Deməli, özümüz təhlükəsizliyimizi təmin etməliyik, amma necə?

Osman Gündüz (Milli İnternet Forumunun prezidenti): “Hər hansı bir sosial media resursundan istifadə edəndə qeydiyyatdan keçib, cədvəli doldurursunuz. Əsas məsələ burada həll olunur. Siz özünüz razılıq verə və ya verməyə bilərsiniz”.

Bu proqramın tələbidir, biz də ondan istifadə üçün onları yerinə yetiririk. Düzdür bəzən kor təbii olaraq gələn bildirişləri, tələbləri növbəti düyməsi ilə təsdiq edə bilərik. Bununla da “WhatsApp” olsun, ya digər proqramlar olsun onlara kiminsə girişinə yol aça bilərik. Burada da məqam var ki, proqram istifadəçini aldada bilir.

Proqramlar var ki, onlar heç təsdiq istəmədən də işini görür, sənin kontaktına yönləndirilir. Vəssalam. “Chatwatch”da, iddia olunur ki, belə casus tipli proqramdır. Səndən xəbərsiz istifadəçinin yazışmalarını başqasına ötürür.

Osman Gündüz (Milli İnternet Forumunun prezidenti): “Belə təhlükələr varsa, onun əleyhinə olan proqramlar da var. “Google”nin özündə belə xidmətlər var”.

“WhatsApp”ı izləyən “Chatwatch” ödənişlidir, bir həftəsi cəmi 1,99 dollar. Böyük məbləğ deyil, bunu ödəyib istənilən adamın “WhatsApp”ını izləmək olur. Maraqlıdır ki, “WhatsApp” rəhbərliyi “Chatwatch” proqramına qadağa qoya bilər, amma etmir. Nə lazımdırsa, siz edin. Telefon proqramının təhlükəsizliyinə fikir verin, antivirus proqramları yükləyin və s.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 3319
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."