!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sürətli texnoloji inkişafın “OLMAZSA-OLMAZ”I: “Heç bir iş görmədən “pul qazandırmaq” təklifi...”

!Reklam – Yazi

“Göndərilən mesajda “Yatırım et və daha artığını götür” sxeminin əks olunması birbaşa “maliyyə piramidası” yaradıldığının göstəricisidir”.

Bu fikirləri onlayn dələduzluq hallarından qorunmağa yönəlik tövsiyələrini verən informasiya texnologiyaları üzrə mütəxəssis Fərhad Mirəliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, dələduzlardan qorunmaq üçün mütləq təhlükəsizlik qeyri-mümkün olsa da, amma hər bir istifadəçi riskləri idarə etməyi öyrənməlidir:

“Texnologiyaların gün-gündən inkişaf etdiyi bir dövrdə dələduzlar da öz hücum vasitələrini təkmilləşdirirlər. Hazırda geniş yayılmış dələduzluq sxemlərindən biri böyük texnologiya şirkətləri (“Amazon”, “Google” və s.) ilə əməkdaşlıq edən tərəfdaş olaraq, iş təklifi ilə bağlı fırıldaqçı mesajlardır.

“Whatsapp” istifadəçiləri bəzən bu şirkətlərin adını eşidəndə, psixoloji olaraq real qazanc əldə edə biləcəklərinə köklənir və dələduzların təlimatlarını icra etməyə başlayırlar. Tələyə düşməmək üçün diqqət etməli olduğumuz əsas məqamlar bunlardır: Qarşı tərəf Azərbaycan dilində qrammatik və leksik normalara uyğun yazmır.

Hiss olunur ki, tərcümə saytlarından istifadə edilir. Fikirlər səthi ifadə edilir və danışıq dilindən yalnız tərcümə proqramı imkan verdiyi səviyyədə istifadə olunur. Müxtəlif sosial şəbəkə hesablarından yazan fırıldaqçılar saxta mobil nömrələrdən istifadə etdikləri üçün onlarla telefon əlaqəsi saxlamaq mümkün deyil. Eyni zamanda, “Whatsapp” zənglərinə cavab verməkdən də müxtəlif bəhanələrlə yayınırlar.

Göndərilən mesajda “Yatırım et və daha artığını götür” sxeminin əks olunması birbaşa “maliyyə piramidası” yaradıldığının göstəricisidir. Çünki heç bir iş görmədən “pul qazandırmaq” təklifi özlüyündə şübhələnmək üçün ciddi əsasdır.

Qarşı tərəf əksər hallarda botdan istifadə edir. Yəni onlara müəyyən suallar ünvanladıqda, həmişə eyni şablon cavablar verirlər. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq demək istərdim ki, mütləq təhlükəsizlik qeyri-mümkündür, amma hər bir istifadəçi riskləri idarə etməyi öyrənməlidir”.

Nuray Məmmədzadə

www.yenicag.az

309
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv