!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Avropa Oyunları yenidən Azərbaycanda? - MOK-dan açıqlama

!Reklam – Yazi

III Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin mümkünlüyünə dair məlumat yayılıb.

Yenicag.az xəbər verir ki, bunun üçün Avropa Olimpiya Komitəsinin (AOK) Azərbaycana təklif göndərdiyi bildirlir.

Saytımıza açıqlama verən Milli Olimpiya Komitəsinin mətbuat xidmətinin rəhbəri Əzizə İsmayılova isə bunu qeyri-real hesab edir:

“Bu, qeyri-realdır. İlk Avropa Oyunları Azərbaycan tərəfindən keçirilib. Bundan sonrakı oyunların təklifinin bildirilməsi üçün rəsmi tədbir keçirilməlidir. Ən yaxın tədbir isə yanvarın 24-25-də baş tutacaq Avropa Olimpiya Komitəsinin İcraiyyət Komitəsinin iclasıdır. İclas keçirilməyibsə, təklifin göndərilməsi real deyil”.

Qeyd edək ki, II Avropa Oyunları cari ilin iyunun 21-dən 30-dək Belarusun paytaxtı Minskdə keçiriləcək. III Avropa Oyunlarının keçiriləcəyi ölkənin adı isə iyunun 20-də açıqlanacaq.

Emin Səfərov

www.yenicag.az

1775
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv