Avtobusda qadın sürücünü döydü – BAKIDA – Yenicag.Az

Reklam

Reklam

Bakıda marşrut avtobusunda qadın sərnişin sürücünü döyüb.

Yenicag.az Lent.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında 79 saylı marşrut üzrə hərəkət edən avtobus Tbilisi prospekti ilə metronun “20 yanvar” stansiyası istiqamətində işıqforun qırmızı işığında dayanıb. Bu zaman iki sərnişin sürücüdən avtobusu hərəkətə gətirərək yola davam etməsini tələb edib. Sürücü isə yaşıl işığın yanmasını gözlədiyini deyib. Sürücünün sözü ilə razılaşmayan qadın sərnişin arxadan gələrək sürücüyə yumruqla zərbə endirib. Sürücünün bildirdiyinə görə, həmin şəxslər marşrutun son dayanacağına gələrək mübahisəni davam etdiriblər və dava-dalaş salmağa çalışıblar. 79 saylı xətt üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Xaliq Faiqoğlu ” şirkəti məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəklərini bildirib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1685
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."