!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azad olunan ərazilərin ölkə iqtisadiyyatına REİNTEQRASİYASI: “O bölgələrin aqrar imkanlarının genişliyi...”

!Reklam – Yazi

“Yaradılan aqroparklar kənd təsərrüfatı məhsulları istehsalının artmasına ciddi təkan verəcək”.

Bu fikirləri ölkədə kənd təsərrüfatı məhsulları istehsalının artım tendensiyasını dəyərləndirən iqtisadçı Eyyub Kərimli Yenicag.az-a açıqlamasında deyib.

Ekspertin sözlərinə görə, işğaldan azad olunmuş bölgələrimizin də iqtisadiyyatımıza reinteqrasiyasını müşahidə edirik:

“Hazırda ölkədə aparılan islahatlar, o cümlədən, aqrar sektora göstərilən dəstək çərçivəsində fermerlər üçün nəzərdə tutulan subsidiya və kreditlər qeyri-neft sektorunun inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir. Buna uyğun olaraq sadalanan amillər, heyvandarlıq, bitkiçilik və əkin sahələrinin genişləndirilməsində mühüm rol oynayr.

Digər tərəfdən, ərzaq təhlükəsisliyinin təmin edilməsi ilə bağlı müxtəlif fərmanlar verilib və bundan irəli gələn amillərin pozitiv təsiri kənd təsərrüfatının inkişafında qabarıq nəzərə çarpır.

İşğaldan azad olunmuş bölgələrimizin də iqtisadiyyatımıza reinteqrasiyasını müşahidə edirik. Bu baxımdan, yaradılan aqroparklar ölkədə kənd təsərrüfatı məhsulları istehsalının artmasına ciddi təkan verəcək. Məlum olduğu kimi, Qarabağ iqtisadi rayonunun aqrar imkanları çox genişdir. Əlbəttə, bu potensial iqtisadiyyata əlavə dəyər qatılmasına imkan yaradır”.

Yusif Səmədzadə

www.yenicag.az

226
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv