!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Marketlərin ənənəvi “BİZNES TƏLƏSİ”: “Məhsullara 99 qəpiklə bitən qiymətlərin qoyulması...”

!Reklam – Yazi

“Mağazalarda və marketlərdə “99 qəpik strategiyası” marketinq aləti kimi geniş istifadə olunan variantlardan biridir”.

Bu fikirləri ticarət obyektlərində məhsullara qoyulan cəlbedici qiymətlərə münasibət bildirən iqtisadçı Rəşad Həsənov  Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, məhsullara 99 qəpiklə bitən qiymətlərin qoyulması alıcılara psixoloji təsir cəhdidir:

“Mağazalarda və marketlərdə “99 qəpik strategiyası” marketinq aləti kimi geniş istifadə olunan variantlardan biridir. Məhsullara bu cür qiymətlərin qoyulmasına dünyada və Azərbaycanda geniş rast gəlinir.

Müştəridə məhsulun qiymətinin daha aşağı olması təəssüratı yaratmaq məqsədilə istifadə edilən bu “biznes tələsi” həm marketlərdə, həm də geyim dükanlarında müşahidə olunur.

Əvvəlki dövrlərə nisbətən hazırda nağdsız ödənişlərin artması ilə bu problem bir o qədər nəzərə çarpmasa da, alıcılar nağd pulla alış-veriş etdikdə, qəpik problemi yaşayırlar”.

Nuray Məmmədzadə

www.yenicag.az

429
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv