Milli Məclisin üzvü, Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev növbədənkənar parlament seçkilərində namizəd olacağını bildirib.
Yenicag.az xəbər verir ki, bu barədə o, şəxsi sosial şəbəkə hesabında məlumat paylaşıb:
“Milli Məclisdə şərəflə təmsil etdiyim 8 saylı Binəqədi birinci seçki dairəsindən yenidən deputatlığa namizədliyimi irəli sürməyə qərar verdim. Əminəm ki, seçicilərimin təkrar etimadını qazanacaq və növbəti 5 ildə də onları ləyaqətlə təmsil edəcəm”.