!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycan barışdırıcı və ya sakitləşdirici missiya ilə çıxış edə bilər"

!Reklam – Yazi

“İsrail-Fələstin münaqişəsi artıq bütün bəşəriyyəti narahat edəcək həddə çatıb. Tərəflərdən hansının haqlı olmasından asılı olmayaraq, heç bir halda qəbul edilməyəcək uşaq ölümləri, dini məbədlərə hücumlar, terraktlar bu qanlı münaqişənin çox uzandığını, hər iki xalqın sonu görünməyən faciəsinə çevrildiyinin göstəricisidir”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bildirib.

“O ki qaldı Azərbaycanın bu münaqişəyə münasibətinə və roluna, düşünürəm ki, dünyada çox az sayda hər iki xalqla mənəvi bağlığı olan ölkələrdən olan Azərbaycan bu kritik dönəmdə barışdırıcı və ya ən azından sakitləşdirici missiya ilə çıxış edə bilər” – deyə o əlavə edib.

Anar Əsədli hesab edir ki, hər iki xalqla olan mənəvi bağlardan danışarkən biz əlbəttə ki, İsrail dövləti ilə olan qardaşlıq və dostluq münasibətlərimizi önə çəkməliyik: “Fərdi bir yəhudidən tutmuş İsrail dövlətinin mövqeyinə qədər dünyanın hər yerində və hər zaman yanımızda olan xalqa hər zaman dəstək vermək bizim də borcumuzdur. 20 Yanvar hadisələrində SSRİ-ni pisləyən İsrail oldu, müstəqilliyimizi ilk tanıyan İsrail oldu, yəbudi lobbisinin azərbaycanlılara olan xüsusi sevgisi də xaricdə yaşayan azərbaycanlılara yaxşı məlumdur.

Bundan fərqli olaraq, Fələstinin ermənipərəst mövqeyi, erməni soyqırımını tanıması, küçələrinə erməni adı verilməsi və s. İranın yanında durub, anti-Azərbaycan mövqeyi sərgiləməsi də sirr deyil.

Lakin bir müsəlman xalqıdır, hücum məscidə olunub və biz İslam Əməkdaşlığı Birliyinə daxil olan bir dövlət kimi bu fakta göz yuma bilmərik.

Və nəhayət, Türkiyənin regionda apardığı siyasətlə uzlaşmış bir şəkildə mövqe göstərməmiz vacibdir. Məhz bu səbəbdən də Azərbaycanın barışdırıcı və ya sakitləşdirici missiya ilə çıxış etməsi məntiqlidir”.

www.yenicag.az

881
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv