“Azərbaycan “dayə” yox, sosial dövlətdir” – Musa Uruddan həmkarına ETİRAZ

Deputat Musa Qasımlının “Azərbaycan dayə dövlətdir” ifadəsi həmkarının etirazına səbəb olub.

Yenicag.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Musa Urud həmkarı Musa Qasımlının səsləndirdiyi bəzi fikirlərə iradını bildirib:

“Azərbaycan “dayə” deyil, sosial dövlətdir. Azərbaycan dövləti ilə bağlı dayə ifadəsinin işlədilməsi düzgün deyil.

Çünki dayə uşağa baxılması üçün muzdla tutulan şəxslərə deyilir. Belə bir ifadənin Azərbaycana şamil edilməsi uğursuz addımdır”.

Musa Urud daha sonra “Reklam haqqında” qanuna dəyişiklik edilməsi təklifini irəli sürüb:

“Dünyanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanda da enerji içkilərinin reklamı qadağan olunmalıdır, heç bir yerdə enerji içkiləri reklam edilməməlidir”.

COP29