Azərbaycan deputatı AŞPA komitəsinin məruzəçisi seçildi – FOTO

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində qurumun Sosial məsələlər komitəsinin iclası keçirilib.

Yenicag.az-ın məlumatına görə, iclasda komitənin “Autizm diaqnozlu insanların və onların ailələrinin müalicəsi” adlı mövzu ilə bağlı məruzəçisinin təyin edilməsi üçün səsvermə keçirilib.

Milli Məclisin deputatı, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyevanın və britaniyalı Lord Don Touhiqin namizədliyi irəli sürülüb.

S.Fətəliyeva səslərin əksəriyyətini toplayaraq Sosial məsələlər komitəsinin məruzəçisi seçilib.

COP29