Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Azərbaycan deyəndə neft xatırlanırdı" - Skandinaviya və azərbaycanlı gənclərin görüşü - FOTOLAR

Reklam: High Technic

Bu gün Bakıda “Skandinaviya – Azərbaycan əlaqələrində gənclərin rolu” mövzusuda konfrans keçirilib.

Yenicag.az xəbər verir ki, konfrans İsveç fəalı, Antisemitizm və Ksenofobiyaya qarşı Gənclər Dərnəyinin sədri Siyavuş Dirəxti və Gənc Politoloqlar Mərkəzinin sədri İlkin Əliyevin təşkilatçılığı ilə baş tutub.

Konfransda İsveç krallığında, Norveçdə və ABŞ-da yaşayan 20-dən çox gənc iştirak edib.

Tədbiri giriş sözü ilə açan Gənc Politoloqlar Mərkəzinin sədri İlkin Əliyev bildirib ki, məqsəd Azərbaycan-İsveç münasibətlərini daha da inkişaf etdirməkdir:

“Xaricdən gələn qonaqlarımız arasında müəllim, şagird, tələbələr, vəkil və özəl sektorda işləyən şəxslər var. İstəyirik ki, onlara Azərbaycanı göstərək, tariximizlə daha yaxından tanış edək ki, onlar gedib İsveçdə Azərbaycan haqqında dəqiq məlumatlar çatdırsınlar. Layihəyə əsasən, 3 ay sonra Gənc Politoloqlar Mərkəzinin təşkilatçılığı ilə Azərbaycandan 25 nəfərə yaxın gənc İsveçə səfər edəcək. Bu zaman da azərbaycanlı gənclər İsveçi daha yaxından tanıyacaqlar”.

İlkin Əliyevdən sonra çıxış üçün söz Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyevə verilib. Qafar Əliyev qonaqları salamlayaraq deyib ki, bu konfrans olsa da, dostların görüşüdür:

“Bu cür layihələri çox yüksək qiymətləndiririk. Xaricdə yaşayan azərbaycanlılarla əlaqəni inkişaf etdirmək vacibdir”.

Tədbirin təşkilatçılarından olan Siyavuş Dirəxti çıxışa başlayaraq gördüyü işlər və gələcəkdəki planları barədə məlumat verib:

“İsveçdə doğulmuşam. Ancaq evimizdə daim Azərbaycan dilində danışılıb. Atam Cavad Dirəxti məni millətçi ruhda böyüdüb. Evimizdə daim Azərbaycan mətbəxti olub. İlk dəfə 2 il əvvəl Azərbaycana gəldim. Buraya gələrkən doğma vətənimdə olduğumu hiss etdim”.

Azərbaycanın xaricdə az tanındığını vurğulayan Siyavuş Dirəxti qeyd edib ki, daha çox neft ön planda olub:

“Avropada, İsveçdə insanlar Azərbaycan deyəndə neft ölkəsi bilirdilər. Azərbaycanın tanınması üçün əlimizdən gələni etdik. Məqsədimiz odur ki, Azərbaycan Avropada, dünyada hər sahəsi ilə tanınsın. Bunun üçün durmadan işlər görürük, səfərlər edirik, görüşlər keçiririk”.

Konfransda digər qonaqlar da çıxış etdikdən sonra Siyavuş Dirəxtinin gördüyü işlərlə bağlı qısa film konfrans iştirakçılarına təqdim edilib.

Səxavət Məmməd
FOTO: Allahverdi Məmmədov

www.yenicag.az

3446
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100