Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Azərbaycan diplomatik hücum vəziyyətindədir – bu üstünlüyü artırmaq lazımdır” - Keçmiş dövlət müşaviri

Reklam: High Technic

“İndiki situasiyada beynəlxalq təşkilatların ikili standartlardan imtina etmələrinə zəmin yaranır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında ötən şənbə günü Münhen konfransı çərçivəsində baş tutan debatı şərh edən keçmiş dövlət müşaviri Qabil Hüseynli deyib.

Qabil Hüseynlinin fikrincə, sözügedən debat beynəlxalq ictimai rəydə Azərbaycanın haqlı mövqeyini xeyli gücləndirib:

“Doğrudan da, Münhendə keçirilmiş debat beynəlxalq ictimaiyyətin Qarabağ münaqişəsinin yaranma səbəbləri və onun həll yolları haqda təsəvvürlərinə ciddi təsir göstərən bir tədbir kimi qiymətləndirilməlidir.

Burada əlbəttə ki, Azərbaycan prezidenti İlham Əliyevin yetkin siyasətçi obrazı fonunda Ermənistan baş nazirinin hazırlıqsızlığı və saxta populizmin əsirliyində qalması da mühüm rol oynadı.

Obyektiv qiymətləndirmə bunu deyir ki, həmin debatda Azərbaycan prezidenti Ermənistan baş nazirini bütün “cəbhə”lərdə – münaqişənin təsviri, beynəlxalq hüququn tələbləri, Qarabağın tarixi, dil biliyi və uğurlu ifadə seçimləri – üstələdi.

Eyni zamanda, bu debat Ermənistan qarşısında diplomatik hücum vəziyyətində olan Azərbaycanın üstünlüyünü xeyli artırdı. Bildiyiniz kimi, BMT və əksər beynəlxalq təşkilatlar artıq analoji münaqişələrin ərazi bütövlüyü prinsipi əsasında həllinə alternativ olmadığı fikrini qəbul etməkdədirlər.

Xüsusilə, postsovet ölkələrindəki münaqişələrin, o cümlədən, Qarabağ münaqişəsinin həllində də ərazi bütövlüyü prinsipinin əsas götürülməsi meyli güclənir. Artıq ATƏT də bu yanaşmanın ən doğru həll variantı olduğunu görür. Başqa sözlə, indiki situasiyada beynəlxalq təşkilatların ikili standartlardan imtina etmələrinə zəmin yaranır.

O baxımdan, Münhen debatı diplomatik cəbhədə Azərbaycanın mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Paşinyanın Münhen debatında uğursuz performans göstərməsi Ermənistan ictimai rəyində kəskin tənqidlərin səslənməsinə səbəb olub. Yəni bu debat Ermənistandakı daxili siyasi gərginliyi xeyli yüksəldib.

Belə bir vəziyyətdə Azərbaycanın işğalçı ölkəyə qarşı təzyiqləri daha da artırması vacib və gözləniləndir”.

A.Zeynalov

www.yenicag.az

576
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100