!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan mədəniyyəti günləri keçiriləcək - Gürcüstanda

!Reklam – Yazi

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze mədəniyyət naziri Əbülfəs Qarayevlə görüşüb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə qeyd olunub ki, mədəniyyət sahəsində əldə olunmuş nailiyyətlər ölkələr arasında mehriban qonşuluq münasibətlərinə əsaslanır. Tərəflər mədəniyyət sahəsində fəal əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduqlarını ifadə ediblər.

Görüş çərçivəsində həmçinin əməkdaşlıq haqqında gələcək planlar müzakirə olunub və 2019-cu ildə Azərbaycanda Gürcüstan mədəniyyəti, Gürcüstanda isə Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi barədə razılıq əldə olunub.

www.yenicag.az

4523
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv