Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Azərbaycan millisinin üzvü İspaniya klubunda - RƏSMİ

Reklam: High Technic

Futzal üzrə Azərbaycan yığmasının və “Araz”ın üzvü Everton Kardoso (Qallo) karyerasını İspaniyada davam etdirəcək.

Yenicag.az xəbər verir ki, bu haqda futzalçı özü məlumat verib. Belə ki, “Araz”la müqaviləsi may ayında başa çatan Qallo ləqəbli müdafiəçi “Levante” ilə ortaq məxrəcə gəlib və 2018/19-cu il mövsümünü bu komandanın heyətində keçirəcək.

“Gələn mövsümdə “Levante”də oynayacağam. Klubun məşqçi heyətinə mənə olan inamına görə təşəkkür edirəm”, yazan Qallonun gedişini klubdan da təsdiqləyiblər.

Qeyd edək ki, 2016-cı ilin yayında “Araz”a cəlb edilən Qallo indiyə qədər 10 rəsmi oyunda millinin formasını geyinib. Klubunu dəyişən “13” nömrə Azərbaycan millisindəki karyerasını davam etdirəcək.

www.yenicag.az

6777
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100