!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycan Ordusunda Beynəlxalq Qadınlar Günü qeyd edildi - FOTOLAR

!Adviad

Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Ordusunda xidmət edən qadın hərbi qulluqçu, həmçinin mülki işçilərin iştirakı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbirləri keçirilib.

Müdafiə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, müdafiə nazirinin bayram münasibətilə təbriki tədbir iştirakçılarına çatdırıldıqdan sonra qadınlara bayram hədiyyələri və çiçək dəstələri təqdim olunub.

Eyni zamanda bayram günündə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi yad edilib, şəhid analarına və xanımlarına da bayram hədiyyələri təqdim olunub.

www.yenicag.az

535
Ads
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100