!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan ordusunun İRƏVAN HƏMLƏSİ: “İşğal altındakı kəndlərimizə anklav deməməliyik”

!Reklam – Yazi

“Əgər onlar nəyəsə cəhd göstərsələr, Azərbaycan ordusu Göyçə və Zəngəzuru işağaldan azad edəcək”.

Bu fikirləri Azərbaycanla Ermənistan arasında müharibənin yenidən alovlanmasına dair gündəmdən düşməyən ehtimalları şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

BAP sədrinin sözlərinə görə, bəzi Qərb ölkələri Azərbaycanın qələbəsinə azı Ermənistan qədər üzülürlər:

“Azərbaycan sahədə istədiyini alıb və planlaşdırdığı digər məsələləri də addım-addım reallaşdırır. Sərhəd-keçid məntəqəsi qoyuldu, antiterror əməliyyatı keçirildi, Xankəndi və xunta rejiminin nəzarətində olan digər ərazilər üzərində Azərbaycanın suverenliyi tam bərpa edildi. Faktik olaraq, indi hər yerdə Azərbaycan bayrağı dalğalanır.

Qərb və xristian dünyası isə bu reallığı qəbul etmək istəmir. Uzun illər ərzində özlərini vasitəçi adlandıran ölkələrin ikili standartlara əsaslanan fəaliyyətinin şahidi olmuşuq. Paşinyanın Avropa Parlamentindəki görüşünə baxdım, oradakı deputatların sanki doğmaları ölmüşdü.

İndiki halda Ermənistanın və havadarlarının istədiyi ondan ibarətdir ki, işğal etdikləri Qazax rayonunun kəndlərini, o cümlədən, Kərkini boşaltmasınlar və zəruri kommunikasiya xəttlərini açmasınlar.

Zəngəzur uğrunda hərbi toqquşmanın olub-olmayacağını söyləmək o qədər də asan deyil. Hesab edirəm ki, hələlik bunun üçün zəmin formalaşdığı görünmür. Ermənistan ordusu indiki acınacaqlı vəziyyətində Azərbaycana təzyiq edə bilməz. Yox, əgər toqquşma qaçılmaz olacaqsa, Azərbaycan ordusu İrəvana qədər gedəcək.

Hədə-qorxu gəlirdilər ki, terror dəstələri var, onlar Azərbaycanı “qan gölü”nə çevirəcəklər. Gerçəklik budur ki, ermənilər qorxurlar. Əgər onlar nəyəsə cəhd göstərsələr, Azərbaycan ordusu Göyçəni, Zəngəzuru işağaldan azad edəcək, geniş təhlükəsizlik zonası yaradacaq. BMT Nizamnaməsinin 51-ci maddəsi buna imkan verir.

Bütün hallarda biz Qərbdən ədalətli yanaşma gözləmirdik. Rusiyanın əlindən hər şey çıxıb və Moskva indi ona çalışır ki, sülhməramlı kontingentin Qarabağda mövcudluq müddəti uzadılsın. Ancaq son vaxtlarda Rusiyanın bu çərçivədə siyasətində yumşalma müşahidə olunur. Çünki “qatar”ın getdiyini anlayaraq, Türkiyə və Azərbaycanla münasibətləri korlamaq istəmir. Digər tərəfdənsə, Moskva anladı ki, Azərbaycan sözünün üstündə durduğu halda, Ermənistan istənilən vaxt Rusiyanı sata bilər.

Bundan sonrakı mərhələdə Qərb Ermənistanın müdafiəsini davam etdirəcək. Artıq “kart”lar açıq oynanılır. Yaranmış şəraitdə Ermənistan Azərbaycanın təkliflərini qəbul etməlidir, işğal altındakı əraziləri boşaltmalı və komunikasiya xətlərinin açılması ilə bağlı öhdəliyini yerinə yetirməlidir.

Azərbaycan cəmiyyəti Qazax rayonunun işağl altındakı kəndlərinə anklav deməməlidir. Bu, yalnışdır. Onu deyənlərin bir qismi bilməyərəkdən o ifadəni işlədir, digərləri isə Makronun buradakı “uşaq”larıdırlar, aldıqları sifarişi yerinə yetirirlər. Sülh müqaviləsinin imzalanması məsələsinə gəldikdə isə buna o qədər də ümidli deyiləm. Ermənistanın buna hazır olduğunu düşünmürəm”.

Səxavət Məmməd

www.yenicag.az

513
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv