Reklam: High Technic
hightechnic

Azərbaycan “Putin ittifaqı”na qoşulacaq? - Rusiyalı ekspertdən cavab

Reklam: Sinerji Pro

“Bakının Avrasiya İttifaqına qoşulması üçün iki “tapdanmış” yol yaranıb”.

Bu fikirləri Yenicag.ru-ya açıqlamasında Azərbaycanın Avrasiya İqtisadi Əməkdaşliq İttifaqına daxil olmaq ehtimalını dəyərləndirən Rusiyalı iqtisadçı Aleksandr Karavayev deyib.

Karavayevin fikrincə, Azərbaycanın Avrasiya İttifaqına qoşulmasa da, bu məkana məhsul ixracını tam həcmdə davam etdirə bilər:

“Bakının Avrasiya İttifaqına qoşulması üçün iki “tapdanmış” yol yaranıb. Birincisi, Moldova variantı – müşahidəçi statusunda və ikincisi, İran variantı azad ticarət rejimi.

Siyasi baxımdan, bunun əhəmiyyəti var. Ancaq Bakının məhsul ixracı üçün bu addımı atmaq zərurəti şəxsən mənə aydın deyil. Azərbaycanla Rusiya arasında əmtəə dövriyyəsi Rusiyanın İranla ticarət dövriyyəsini 2,1 – 1,7 nisbətində üstələyir.

Azərbaycanın Avrasiya İttifaqına qoşulmaması çətin ki, Bakının bu məkana kənd təsərrüfatı məhsulları ixracının səviyyəsinə təsir göstərsin. Bu, daha çox daxili xarakter daşıyan məsələdir. Yəni məhsul varsa, ixracat da olacaq. Avrasiya İttifaqından daxil olan məhsullar kimi, o məhsullara görə də rüsum alınmır”.

İqtisadçı qeyd edib ki, Rusiya investisiyasının artımı Avraiya İttifaqına üzvlüklə yox, yerli iqtisadiyyatın inkişaf amilləri ilə şərtlənir:

“Məsələn, əgər Azərbaycan Atom-Elektrik Stansiyası tikmək, yaxud da o stansiyanı birgə inşa etmək isətəsə, investisiya da artacaq. Bu, xidmət bazarında da belə olacaq.

Misal üçün Azərbaycanın turizm şirkətlərinin Rusiya bazarına çıxmaları üçün öz ofislərini açmaqdansa, Rusiya şirkətləri ilə işləsələr, onalara daha rahat olar. Hərçənd bu addımı atan şirkətlər artıq mövcuddur. Yəni indiki halda onların ümumi bazarın xüsusi üstünlüklərinə ehtiyacları yoxdur.

Görək, 2021-ci ildə vəziyyət necə olur? Həmin ildə Avrasiya İttifaqının xidmət bazarı ümumi məkan rejiminə keçiriləcək. Ola bilər, orada monopoliyadan qaçmağa imkan verən şərtlər tapılacaq. Xidmət bazarının xatirinə Avrasiya İttifaqına daxil olmayacaq ki…”

www.yenicag.az

4407