!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycan silah ixracatçısına çevrilib" - Yəhya Musayev

!Reklam – Yazi

“Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin yaradılması ölkəmizin müdafiə qüdrətinin artırılmasına öz töhfəsini verib”.

Yenicag.az xəbər verir ki, bunu müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisinin açılışında deyib.

O bildirib ki, bu il 100 illik yubileyini təntənəli şəkildə qeyd edən Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu arasındadır.

Nazir müavini qeyd edib ki, Azərbaycanın hərbi qüdrəti durmadan artır: “Silahlı Qüvvələrimiz regionda peşəkarlıq, təchizat və döyüş qabiliyyəti baxımından ən güclü orduya çevrilib. Silahlı Qüvvələrin 100 illik yubileyi münasibətilə keçirilən təntənəli hərbi parad bunun əyani sübutudur”.

Y.Musayev deyib ki, nazirliyin istehsal etdiyi silahlar Azərbaycan ordusu ilə yanaşı bir sıra xarici ölkələrin ordularının silahlanmasına daxil edilib./Report/

www.yenicag.az

5341
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv