Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Azərbaycan siyasi durğunluq və reqress mərhələsindədir” - Sülhəddin Əkbər

Reklam: Sinerji Pro

“Həmin proses öz məntiqi sonluğuna çatana qədər davam edəcək”.

Bu fikirləri ölkədə real siyasi proseslərin yenidən canlanması ilə bağlı Yeniçağ.Az-a açıqlama verən Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər dilə gətirib.

Onun sözlərinə görə, Azərbaycanda yeni siyasi şəraitin yaranması üçün bir sıra mühüm şərtlərin təmin edilməsinə ehtiyac var:

“Axırıncı açıqlamalarımda dediyim fikri bir daha vurğulayıram ki, son illərdə Azərbaycanda yeni iqtisadi-siyasi landşaft yaranıb və bu şərait də özünün yeni müxalifətini ortaya çıxartmalıdır. Çox təəssüf ki, bu illər ərzində Azərbaycanda dinc demokratik inkişafın əsas aparıcı və hərəkətverici qüvvəsi olan milli burjuaziya ilə orta təbəqənin formalaşmasına imkan verilmədi. O üzdən də ölkədə demokratik inkişafin prosesinin əksinə olaraq, tənəzzül, reqress prosesi getdi. Bu proses də öz məntiqi sonluğuna çatana qədər davam edəcək.

Deyilən səbəbdən, hazırda Azərbaycan siyasi durğunluq və reqress mərhələsinə daxil olub və bu da cəmiyyətdə siyasi deqradasiyaya səbəb olub. Ona görə də bu prosesin hələ bir müddət davam edəcəyi gözlənilir. Ancaq Azərbaycanda sosial-syasi vəziyyətin inkişafından, o cümlədən, daxili siyasi dinamika ilə kənar təsirlərdən asılı olaraq, yeni şərait və şərtlər yaranacaq.

AzDP sədrinin fikrincə, cəmiyyətin yaranmış vəziyyətə adekvat davranmaması avanqard siyasi qüvvənin olmaması ilə bağlıdır:

“Digər tərəfdən, ölkədə hələ də sistem böhranı yaşanır və müşahidələr də göstərir ki, bütün sahələrdə vəziyyət ağırlaşmaqdadır. Lakin yuxarıda izah etdiyim səbəblərə görə cəmiyyətin buna adekvat reaksiyasını görmürük. Çünki cəmiyyəti yeni şəraitə və şərtlərə hazırlayan siyasi qüvvə ortada yoxdur. Yəni vəziyyətin bu qədər pisləşməsinə baxmayaraq, cəmiyyət sanki özünə qapanmaqda və susmaqda davam edir.

Ölkədə siyasi-iqtisadi hakimiyyətin bir əldə cəmlənməsi də buna təsirsiz ötüşmür. Konkret desək, siyasi-iqtisadi azadlıqlar məhdudlaşdırıldığından, milli burjuaziya ilə orta təbəqə yoxdur. Yenə deyirəm, dinc demokratik inkişaf prosesinin hərəkətverici qüvvəsi dedikdə orta təbəqə, aparıcı qüvvəsi dedikdə isə milli burjuaziyanı nəzərdə tuturam”.

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

756
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100