Azərbaycan tankçıları müsabiqədə yarımfinal mərhələsinə yüksəldi – VİDEO

“Beynəlxalq Ordu Oyunları – 2020” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız yarışların növbəti günündə “Fərdi sürücülük” mərhələsində iştirak ediblər.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan tankçıları yer aldıqları qrupda Çin, Belarus və Serbiya tankçıları ilə yarışlarda fərdi ustalıqlarını nümayiş etdiriblər.

Tankçılarımız müsabiqənin şərtlərinə əsasən sərrast atəşlə 3 hədəfi məhv edib və marşrut üzrə müəyyən edilmiş məsafəni qısa müddətdə keçərək yarımfinal mərhələsinə yüksəliblər.