!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan təhsil turizmindən nə qədər qazana bilər? - ŞOK RƏQƏMLƏR - VİDEOMÜSAHİBƏ

!Reklam – Yazi

“Xaricdən gələn tələbə pul deməkdir. Biz xaricdən gələn tələbələrin sayını artırıb, ölkə iqtisadiyyatına kömək edə bilərik”.

Bu sözləri Yenicag.az-a açıqlamasında “Bilik Tədris Mərkəzi”nin rəhbəri Rövşən Əbdülhəsənov deyib. O, Azərbaycana tələbə cəlb edilməsini biznesə çevirməyin yollarından danışıb.

“Turistləri cəlb etmək üçün otellər tikilir. Yataqxanalar da tikib xarici tələbələri cəlb etmək lazımdır”.

Universitetləri xaricdə yetərincə tanıda bilməməyimizdən danışan R.Əbdülhəsənov Azərbaycanın xarici tələbələr üçün əlverişli ölkə olduğunu vurğulayıb.

O, əcnəbi tələbələrin Azərbaycan universitlərinə cəlb olunmasında məsuliyyətin Təhsil Nazirliyi və ayrı-ayrı şirkətlərin üzərinə düşdüyünü bildirib.

Cəvahir

www.yenicag.az

16099
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv