!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan və Laos XİN başçıları arasında məktub mübadiləsi oldu

!Reklam – Yazi

Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarov və Laos Xalq Demokratik Respublikasının Xarici işlər naziri Salımsay Kommasit iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirib.

Yenicag.az xəbər verir ki, E.Məmmədyarov məktubunda ilk olaraq, Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə öz həmkarı Salımsay Kommasitə ən səmimi təbriklərini və ən xoş arzularını çatdırıb.

Nazir iki ölkə arasında qarşılıqlı anlaşma, müstəqillik, suverenlik və ərazi bütövlüyünə hörmət əsasında qurulmuş münasibətlərin və əməkdaşlığın gələcək illərdə də inkişaf edəcəyindən əmin olduğunu ifadə edib.

Məktubda Azərbaycanın ilə Laos arasında mövcud dialoq və əməkdaşlığa böyük əhəmiyyət verildiyi vurğulanıb və qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişafı üçün geniş imkanların olduğu qeyd olunub.

Sonda nazir Məmmədyarov qarşı tərəfi Azərbaycan Respublikasına səfər etməyə dəvət edib və Laos xalqına xoşbəxtlik, əmin-amanlıq və firavanlıq arzulayıb.

Öz tərəfindən Laos Xalq Demokratik Respublikasının Xarici İşlər naziri Salımsay Kommasit Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə nazir Elmar Məmmədyarova səmimi təbriklərini çatdırıb.

Laos naziri ötən 25 il ərzində ölkələr arasında dostluq münasibətləri və səmərəli əməkdaşlığın ikitərəfli əsasda və çoxtərəfli müstəvidə inkişafını və genişləndiyini qeyd edib. Böyük səylər sayəsində ölkə və xalqların həqiqi mənafeyi naminə bölgədə, habelə bütün dünyada sülh, sabitlik və əməkdaşlığın inkişafı məqsədilə Laos ilə Azərbaycan arasında mövcud olan əməkdaşlıq ruhundakı əlaqələrin bundan sonra da möhkəmlənərək genişlənəcəyindən əmin olduğunu ifadə edib.

Sonda nazir Salımsay Kommasit nazir Elmar Məmmədyarova və bütün XİN kollektivinə möhkəm cansağlığı, şəxsi firavanlıq və gələcək fəaliyyətdə uğurlar arzulayıb.

Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında diplomatik münasibətlər 22 may 1995-ci ildə qurulub.

www.yenicag.az

498
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv