Reklam

Reklam

Ədliyyə Nazirliyi Penitensiar xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına narkotik maddələrin keçirilməsinə qarşı mübarizə davam etdirilir.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, Penitensiar xidmətin Baş idarəsinin və 2 saylı İstintaq təcridxanasının əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 228.2.1, 307.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Bayramov Elşən Mahal oğluna atası Gəncə şəhər sakini Bayramov Mahal Novruz oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman xurmanın içərisinə xüsusi üsulla gizlədilmiş 7(yeddi) ədəd polietilen torbaya bükülmüş çəkisi 2,41 qram narkotik maddə-marixuana və 6 (altı) ədəd siqaret kağızına bükülmüş çəkisi 2,322 qram narkotik maddə-heroin aşkar edilərək götürülüb.

Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi məqsədilə Gəncə şəhər Baş Polis İdarəsinə göndərilib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1319
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."