!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda xəyala çevrilən UZUNÖMÜRLÜLÜK: Soydaşlarımızın “həyat marşrutu” niyə qısalır?

!Reklam – Yazi

“Dövlət tərəfindən əhalinin sağlamlığının təmin edilməsi üçün ciddi tədbirlər görülməlidir”.

Bu fikirləri Azərbaycanda uzunömürlülərin sayının azalmasının səbəblərinə toxunan sosioloq Elçin Bayramlı Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, ölkədə pensiya yaşına çatmadan dünyasını dəyişən insanların sayı əvvəlki dövrlərə nisbətən xeyli artıb:

“30 il əvvəl Azərbaycan uzunömürlülərin sayına görə ilk sıralarda idi. Son dövrlərin statistikasına əsasən isə əhalinin uzunömürlülük göstəricisi xeyli aşağı düşüb. Ölkədə orta ömür müddətinin azalmasının həm sosial-iqtisadi, həm də mənəvi-psixoloji səbəbləri var.

Sosial-iqtisadi səbəblər sırasına əhalinin həyat şəraiti, yoxsulluq səviyyəsi, ağır yaşayış, keyfiyyətsiz qidalar və başqa səbəblər daxildir. Həyatımızda baş verən neqativ hadisələr, stress, depressiya və bu kimi hallar mənəvi-psixoloji səbəblərdir.

Hesab edirəm ki, belə getsə, ölkədə orta ömür göstəricisi daha da azalacaq.

Dövlət tərəfindən əhalinin sağlamlığının təmin edilməsi üçün ciddi tədbirlər görülməlidir. Qidaların və dərmanların keyfiyyətləri artırılmalı, istehsal beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən standartlara uyğunlaşdırılmalıdır.

Bununla yanaşı, narkotik və alkoqolizmə qarşı mübarizə gücləndirilməli və tibbi sahəyə də diqqət artırılmalıdır. Ölkəmizdə tibbi xidmət bütün vətəndaşlar üçün əlçatan olmalıdır.

Düşünürəm ki, bu tədbirlər həyata keçirilsə, Azərbaycanda orta ömür müddəti müəyyən qədər arta bilər. Bizim əsas məqsədimiz sağlam cəmiyyət fomralaşdırmaq olmalıdır. Cəmiyyət nə qədər sağlam olarsa, dövlət də o qədər güclü olar”.

Nuray Məmmədzadə

www.yenicag.az

244
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv