Reklam: High Technic
hightechnic

Azərbaycanda avtobus sürücüləri arasında dava - 4 nəfər xəstəxanalıq oldu

Tərtər rayonunda şəhərdaxili sərnişin daşıması ilə məşğul olan marşrut avtobusunun sürücüləri arasında kütləvi dava baş verib.

Yenicag.az xəbər verir ki, dava zamanı Tərtər rayon sakinləri Səvdimalı Əsədov, Feyruz Əsədov, Azər Nağıyev və Namiq Burcəliyev xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisəyə səbəb sürücülərin bir-birinin marşrut xətlərinə daxil olmasıdır. Belə ki, şəhərdaxili sərnişin daşımada xətt rəhbərləri olan Azər Nağıyev və Səvdimalı Əsədov bir-birinin hərəkət istiqamətinə daxil olduğunu iddia edərək əvvəlcə mübahisə ediblər. Nəticədə dava düşüb.

Hadisəni Tərtər rayon Polis şöbəsindən də təsdiq ediblər. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır./Report/

www.yenicag.az

2109