“İstək” liseyləri FETÖ-yə görə bağlandı? – Yenicag.Az

Reklam

Reklam

İyulun 5-də “İstək” liseyinin təsisçisi bu təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə bağlı qərarın qəbul edilməsi barədə Təhsil Nazirliyinə müraciət edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Yenicag.az-a verilən məlumata görə, müraciətdə “İstək” liseyində çalışan pedaqoji heyətin digər təhsil müəssisələrində işlə təmin edilməsi və şagirdlərin təhsillərinin digər ümumi təhsil müəssisələrində davam etdirməsinə köməklik göstərilməsi məsələləri əksini tapıb.

Təsisçinin müraciəti əsasında Təhsil Nazirliyi tərəfindən “İstək” liseyinin şagirdlərinin və pedaqoji heyətin ölkəmizin təhsil müəssisələrində yerləşdirilməsi məqsədilə İşçi qrup yaradılıb və prosesin normal gedişini təmin etmək üçün müvafiq hazırlıq işlərinə başlanılıb.

Təhsil Nazirliyi “İstək” liseyində təhsil alan şagirdlərin və onların valideynlərinin diqqətinə çatdırır ki, şagirdlərin seçimi əsasında müvafiq təhsil müəssisələrində təhsillərinin davam etdirməsi, eləcə də bu məktəblərdə çalışan pedaqoji heyətin istəyindən asılı olaraq digər təhsil müəssisələrində yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq.

Yenicag.az xəbər verir ki, “İstək” liseyi fətullahçıların “Çağ Öyrətim” şirkətinə bağlı təhsil müəssisələrinin fəaliyyət göstərdiyi binalarda yerləşirdi. Bu liseylərlə bağlı qənaət bu idi ki, sadəcə ad dəyişib və bu liseylər FETÖ məktəbləridir. Məktəblərin bağlanılması sürpriz olsa da, son günlər FETÖ-nün Azərbaycandakı fəaliyyəti ilə bağlı türk mediasındakı iddiaları nəzərə alarsaq, bu addımın ciddi əsaslarının olduğunu qeyd edə bilərik. Xatırladaq ki, Türkiyənin “Yeni Akit” qəzeti son günlərdə Azərbaycanda baş verən hadisələrdə fətullahçıların barmağının olduğuna diqqət çəkmişdi.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1796
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."