Azərbaycanda Cümhuriyyət parkının salınması təklif edilir

“Azərbaycanda Cumhuriyyət parkı salınmalıdır”.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Rafael Hüseynov çıxış edib.

O bildirib ki, həmin parkda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında rolu olan şəxslərin abidələri ucadılmalıdır: “Belə fikir irəli sürürlər ki, xarici ölkələrdən həmin insanların qəbirləri gətirilsin. Bunlar edilə də bilər, edilməyə də bilər. Amma parkın salınması vacibdir”.

COP29