Reklam: High Technic
hightechnic

Azərbaycanda daha 68 miqrant saxlanıldı

Son üç gün ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 68 nəfər əcnəbi saxlanılıb.

Xidmətdən Yenciag.az-a verilən məlumata görə, saxlanılmış əcnəbilərdən 11 nəfərinin qanunsuz əmək fəaliyyəti ilə məşğul olduqları, 5-nin qeydiyyat ünvanı üzrə yaşamadıqları, digər 52 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.

Onlardan 48 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

DMX qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirləri davam etdirir.

 

www.yenicag.az

238