Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Azərbaycanda doğuşun səviyyəsi aşağı düşür" - Hadı Rəcəbli

“Uşaq pulları”nın artırılması üçün ölkənin maliyyə imkanları kifayət qədərdir”.

Yenicag.az xəbər verir ki, bu fikirləri millət vəkili Hadı Rəcəbli bu gün Milli Məclisin plenar iclasında büdcə müzakirələri zamanı səsləndirib.

Hadı Rəcəblinin sözlərinə görə, Azərbaycanda son illər doğuşun səviyyəsinin aşağı düşməsi ciddi narahatlıq doğurur:
“İndi açıqlayacağım rəqəmlərə diqqət edin: 2011-ci ildə ölkədə 176 min uşaq dünyaya gəlib. 2017-ci ildə isə bu rəqəm 144 minə düşüb. Bu ilin 9 ayı ərzində isə yeni doğulan uşaqların sayı cəmi 103 mindir. Mən də hesab edirəm ki, ölkədə aztəminatlı ailələrin olduğunu nəzərə alaraq, “uşaq pulu”nun artırılmasına ehtiyac var. Bura həm birdəfəlik müavinət, həm də 3 yaşına qədər edilən ödənişlər daxildir. Hesab edirəm ki, bunun üçün ölkənin maliyyə imkanları kifayət qədərdir”.

A.Zeynalov

Loading...

www.yenicag.az

3821
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100