Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanda erkən nikaha görə cəza artırılır

Azərbaycanda qadını nikaha daxil olmağa məcburetmə ilə bağlı cəzalandırma sisteminin gücləndirilməsinə ehtiyac var.

Yenicag.az xəbər verir ki, bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov deyib.

Qızların erkən yaşda nikaha daxil olmasını yolverilməz hal sayan E.Səfərov qeyd edib ki, Cinayət Məcəlləsinin 176.1-ci maddəsinə görə, qadını nikaha daxil olmağa məcbur etməyə görə şəxs iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə şəxs üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır:

“Bizim istədiyimiz budur ki, uşaq nikahlarının qarşısının alınması üçün bu cəzalandırma sisteminin tətbiqi halları çoxalsın və bununla da belə hadisələrin qarşısı alınsın. İndiki halda, uşaqların maraqları nəzərə alınaraq, bu sistemin gücləndirilməsinə ehtiyac var”.

E.Səfərov hesab edir ki, gender bərabərliyi üzrə, eyni zamanda məişət zorakılığına qarşı mübarizə üzrə Milii Fəaliyyət planlarının, Uşaq Məcəlləsinin qəbulu problemin səviyyəsini azaltmağa yardım olacaq.

Komitə rəsmisi Uşaq Məcəlləsinin layihəsinin artıq hazır olduğunu da söyləyib.

www.yenicag.az

490
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100