!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda formalaşdırılan sperma bankı: Doğulan uşaqlar vələdüzzina olacaq? - İlahiyyatçıdan AÇIQLAMA

!Reklam – Yazi

Azərbaycanda sonsuzluqla mübarizə çərçivəsində sperma bankının formalaşdırılması ilə bağlı Mərkəzi Klinikanın əməkdaşının yerli KİV-yə müsahibəsi geniş müzakirələrə səbəb olub. Bir çox kəsim sperma bankına müraciət nəticəsində doğulan uşaqların vələdüzzina olacağını bildirir.

Bəs bu iddialar nə qədər doğrudur? İslam dinində bununla bağlı hansısa bir müddəa varmı?

Bu sualları ilahiyyatçı Elşad Miriyə ünvanladıq. Elşad Miri Yenicag.az-a açıqlamasında bildirdi ki, sperma bankına müraciət nəticəsində dünyaya gəlmiş uşaqlara heç kəs vələdüzzina deyə bilməz:

“Zinanın nə olduğu ilə bağlı konkret müddəa var. Bu baxımdan, həmin uşaqlara vələdüzzina demək doğru olmaz. Çünki onların valideynlərinin kimliyi bəlli olur.

Lakin bu mənim şəxsi fikrimdir ki, belə bir şeyin həyata keçirilməsi doğru deyil. Çünki bir müddət sonra prosesin bazar halını alacağını düşünürəm”.

Aqil Bəkir

www.yenicag.az

2786
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv