!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda İNNOVATİV LABİRİNT: “Nazirlik bu işə heç bir dəstək vermir” – Ekspertdən SƏRT ÇIXIŞ

!Reklam – Yazi

“Nazirlik hansı səbəblərdənsə, Agentliyin fəaliyyətinin təşkili üçün zəruri olan hüquqi bazanı formalaşdırmır”.

İki il öncə prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin yaradılması haqqında Fərman imzalayıb. Agentliyin fəaliyyətinin əsas məqsədi innovasiyaya əsaslanan iqtisadiyyat qurmaq və innovasiya mühitini yaxşılaşdırmaqdan ibarətdir. Bununla belə, sözügedən Agetnliyin geridə qalan müddət ərzində gözləntiləri doğrultmaması tənqidlər üçün əsas yaradıb.

Yenicag.az xəbər verir ki, bu məsələyə toxunan “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz iki il əvvəl yaradılan İnnovasiya Agentliyinin öz fəaliyyətini qura bilmədiyini deyib.

Osman Gündüzün sözlərinə görə, İnnovasiya Agentliyi fərmanın icrasına əməl etmədiyi kimi, startaplara da dəstək ola bilmir:

“Bir il bundan öncə prezident İlham Əliyevin fərmanı ilə “Mingəçevir Texnopark”ı İnnovasiya Agentliyinin tabeliyinə verilib. Lakin indiyə kimi ölkə başçısının fərmanının icrası istiqamətində bir addım da atılmayıb.

Bunun cavabı isə Agentliyin tabe olduğu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindədir. Qurumun indiyədək bu istiqamətdə yeganə açıqlaması ondan ibarət olub ki, startaplara dəstək üçün prezident fərmanında nəzərdə tutulmayan yeni bir Fond yaratmaq niyyətindədir.

Nazirlik hansı səbəblərdənsə, Agentliyin fəaliyyətinin təşkili üçün zəruri olan hüquqi bazanı formalaşdırmır və onun fəaliyyətinin təşkilinə kömək göstərmir. Hansı ki, belə bir köməyin göstərilməsi adıçəkilən fərmanda birmənalı olaraq, qeyd edilib.

Bununla yanaşı, startaplara dəstəklə bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Dövlət Vergi Xidmətinin də göstərməli olduğu dəstək uzun müddətdir ki, ləngiyir.

Ötən gün prezident postpandemiya dövründə Azərbaycanda rəqəmsallaşmanın, İnformasiya-Kommunikasiya Texnologiyalarının (İKT) inkişafının ən prioritet məsələ olacağını açıqlayıb. Ümid edirəm ki, adı çəkilən və sahə ilə əlaqəli digər mərkəzi orqanların rəhbərləri dövlət başçısının bu çağırışları haqqında məlumatlıdırlar”.

Gülşən Şərif

www.yenicag.az

1185
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv