Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Azərbaycanda koronavirusa yoluxma halı ilə bağlı baş infeksionistdən MÜHÜM AÇIQLAMA

Azərbaycanın baş infeksionisti Cəlal İsayev 2019-nCoV adlı koronavirusun ölkəmizə keçmə ehtimalını dəyərləndirib.

C.İsayev Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanda koronavirusa yoluxma halı yoxdur, amma onun ölkədə olma ehtimalı da istisna edilmir.

Baş infeksionist Azərbaycana virusun gətirilməməsi üçün qabaqlayıcı tədbirlərin görüldüyünü nəzərə çatdırıb:

“Azərbaycandan Çinə, eləcə də Çindən Azərbayacana istər ticarət, istərsə də turizm məqsədilə gələn insanlar var. Amma buna baxmayaraq, bu gün koronavirusun ölkəmizə gətirilmə ehtimalı o qədər də yüksək deyil”.

C.İsayev qeyd edib ki, koronaviruslara yoluxma çox sıx təmas zamanı baş verir. Yoluxma mədə-bağırsaq və hava-damcı yolu ilə mümkün ola bilər. Daha təhlükəli yoluxma isə hava-damcı yolu ilə baş verir. Bu halda adətən, ağciyərlərdə infiltrasiya və tənəffüs çatışmazlığı müşahidə olunur:

“Bu virusun mənbəyi inək, qoyun, donuz, keçi, eləcə də it, pişik və s. ola bilər. Belə xəstə ev heyvanlarından alınan qida məhsullarından istifadə etdikdə virus insana keçə bilər. Lakin indiki virusun təhlükəliliyi ondan ibarətdir ki, virus insanlara hava-damcı yolu ilə keçir. Ümumiyyətlə, koronaviruslar soyuqdəymədən tutmuş Orta Şərq Respirator Sindromu və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur”.

C.İsayev deyib ki, koronavirusa yoluxma zamanı insanlarda müşahidə edilən ilkin əlamətlər kəskin respirator virus xəstəliklərindəki kimi olur:

“Bu zaman insanlarda zökəm əlamətləri – burun tutulma, asqırma, halsızlıq, hərarətin yüksəlməsi və s. olur. Əgər xəstəlik ağır gedişatlı olarsa, ağciyər çatışmazlığı baş verir, bu da sonda ölümə səbəb ola bilir”.

Qeyd edək ki, 2019-nCoV adlı koronavirus ötən ilin dekabr ayının sonlarında Çinin Uhan əyalətində qeydə alınıb. Virus artıq Çindən kənarda – Cənubi Koreya, Yaponiya, ABŞ və Taylandda aşkarlanıb. Sinqapur, Honqkonq və Avstraliyada şübhəli infeksiya halları qeydə alınıb.

Yeni koronavirusun törətdiyi bu xəstəliyə indiyədək 532 nəfərin yoluxduğu, 17 xəstənin isə öldüyü bildirilir.

www.yenicag.az

329
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM