Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA

İyulun 18-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 263 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 619 786-ya çatıb.

Bu barədə Yenicag.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hazırda müalicəsi davam etdirilən koronaviruslu xəstələrin sayı 8 334-ə bərabərdir. Xəstələrdən 333 nəfəri reanimasiyadadır ki, onlardan da 63-ü süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, iyulun 18-də Azərbaycanda koronavirus infeksiyasına daha 497 yoluxma faktı qeydə alınıb, 645 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış səkkiz nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 27 133 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 18 450 nəfər müalicə olunaraq sağalıb, 349 nəfər vəfat edib.

Loading...

www.yenicag.az

484
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100