Azərbaycanda meşə yanğınlarına görə 15 nəfər həbs edildi – Yenicag.Az

Reklam

Reklam

Biçilmiş əkin sahələrində, meşələrdə və yüksək gərginlikli elektrik xətlərinin keçdiyi ərazilərdə yanğın törətdiklərinə görə 15 nəfər inzibati qaydada həbs edilib, 17 nəfər barəsində isə inzibati xəta haqqında protokol tərtib olunub.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, bu istiqamətdə qabaqlayıcı profilakitiki tədbirlər davam etdirilir.

Respublika ərazisindəki biçilmiş əkin sahələrində, meşələrdə və yüksək gərginlikli elektrik xətlərinin keçdiyi ərazilərdə yanğın təhlükəsinin qarşısının alınması məqsədilə aidiyyəti təşkilatlarla birgə bir sıra zəruri qabaqlayıcı tədbirlər həyata keçirilib, əhali arasında, fermer və digər torpaq mülkiyətçiləri ilə mütəmadi olaraq izahat işləri aparılıb.

Xüsusən taxıl biçimindən sonra kövşənlərin yandırılmasının yolverilməzliyi barədə onlar xəbərdar ediliblər.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2314
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."