Azərbaycanda qızıl hasilatı artıb – Yenicag.Az

Reklam

Reklam

Bu ilin I yarısında Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkətinin hasilatı 22% artaraq 37 349 unsiya qızıl ekvivalenti olub.

Yenicag.az xəbər verir ki, hesabatda ilin I yarısında qızıl hasilatı 33 255 unsiya, mis hasilatı 587 ton, gümüş hasilatı isə 84 785 unsiya təşkil edib. Qızıl hasilatında 43% artım, gümüş və mis hasilatında isə müvafiq olaraq 0,35% və 55,6% azalma qeydə alınıb.

Hesabata əsasən, bu ilin II rübündə 19 042 unsiya qızıl ekvivalentində məhsul istehsal olunub. Bu isə rüblük müqayisədə 4%, ilik müqayisədə isə 19% artımdır. II rübdə qızıl hasilatı illik müqayisədə 38% artaraq 16 764 unsiya, mis hasilatı 53,6% azalaraq 332 ton, gümüş hasilatı isə 3% azalaraq 44 201 unsiya təşkil edib.

Bu ilin II rübündə şirkət 10 822 unsiya qızıl külçə satıb və hər unsiya üçün orta satış qiyməti 1 307 dollar təşkil edib. Ötən ilin II rübündə isə satışın həcmi 7 406 unsiya, qiyməti isə 1 258 dollar/unsiya olub.

Hesabat dövründə şirkətin borcu 7,5 mln. dollardan 2,9 mln. dollara düşüb.

Qeyd edək ki, “Anglo Asian Mining” 2018-ci ildə Gədəbəy rayonu ərazisindəki yataqlardan 78-84 min unsiya qızıl ekvivalentində hasilat proqnozlaşdırır. Bu ilin proqnozu ötən ilin hasilatından orta hesabla 13% artıqdır. Bu il 64-70 min unsiya qızıl, 2 100-2 300 ton mis hasilatı proqnozlaşdırılır.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına (“Gədəbəy” yatağında) 2009-cu ildə başlanılıb.

“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan “Uğur” yatağında da hasilatla məşğuldur./Report/

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 3292
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."