Reklam: High Technic
hightechnic

Azərbaycanda Rusiyanın daha 3 universitetinin filialı açılır

Rusiyanın daha 3 universitetinin Azərbaycanda filialı açılacaq.

Yenicag.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib.

Diplomat qeyd edib ki, bunlar Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Ali İqtisadiyyat Məktəbi və Moskva Dövlət Humanitar-İqtisad Universitetinin filialları olacaq.

Hazırda Azərbaycanda Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir.

 

www.yenicag.az

766