Azərbaycanda şok ailə dramı: Əri üç uşaq anasını güllələdi – TƏFƏRRÜAT – Yenicag.Az

Reklam

Reklam

İsmayıllı rayon Kürdmaşı kənd sakini, 1989-cu il təvəllüdlü Səfərova Ceyhunə Adil qızı odlu silahdan açılan atəş nəticəsində ağır bədən xəsarətləri alıb və xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Üç uşaq anası Ceyhunə Səfərovanın həyat yoldaşı tərəfindən öldürüldüyü bildirilir.

Hadisə ilə bağl Kürdmaşı kənd icra nümayəndəliyi ilə əlaqə saxladıq.

İcra nümayəndəsi Saleh Ağayev Yenicag.az-a açıqlamasında hadisəyə belə aydınlıq gətirib:

“Təbii ki, hadisənin əsas səbəbi hüquq mühafizə orqanları tərəfindən müəyyən olunacaq. Amma bizim əldə etdiyimiz məlumata görə, təsadüfən oğlanın əlində tüfəng açılıb və həyat yoldaşına dəyib. Deyim ki, münaqişəli ailə olmayıblar. Çünki münaqişəli ailələr icra nümayəndəliyində qeydiyyata alınıblar. Sakit, kasıb ailə olub. Qadının həyat yoldaşı Türkiyəyə gedib-gəlirdi, orada işləyib ailəsinə baxırdı. Sakit təbiətli insan olub. Anası da yaşlı, xəstə qadındır. Hazırda uşaqlar da onun yanındadır”.

S.Ağayevin dediyinə görə, rayon mərkəzində morqda olan qadının meyiti ata ocağında – Ağdaşda dəfn olunacaq:

“Qadının meyidi Ağdaşa aparılıb, orada dəfn olunacaq. Yas mərasimi də orada olacaq. Ailəsi belə qərar verib”.

Onu da öyrəndik ki, ər polis tərəfindən həbs olunub.

Cəvahir

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2351
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."