!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda Strateji Düşüncə Konqresi keçirilir - Fotolar

!Reklam – Yazi

“Qafqaz: tarix, çağdaş dövr, gələcək” – Beynəlxalq konfrans

Bu gün Bakıda “Qafqaz: tarix, çağdaş dövr, gələcək” adlı beynəlxalq konfrans keçirilib.

Yenicag.az xəbər verir ki, Türkiyənin Türk Tarix Qurumu (TTQ) və Strateji Düşüncə İnstitutunun (SDİ) birgə əməkdaşlığı və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun dəstəyi ilə Bakıda “Qafqaz: tarix, çağdaş dövr, gələcək” adlı beynəlxalq konfrans keçirilib.

Beynəlxalq konfransda Türk Tarix Qurumunun sədri Rafiq Turan, Strateji Düşüncə İnstitutunun rəhbəri Məhəmməd Savaş Kafqasyalı, Tarix institutunun direktoru Yaqub Mahmudov və başqaları çıxış ediblər.

Türkiyənin Türk Tarix Qurumu ilə Strateji Düşüncə İnstitutu arasında qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Azərbaycan, Türkiyə və digər türk-müsəlman respublikalarının tarixindəki strateji əhəmiyyətli problemlər müəyyən edilir və bu istiqamətdə birgə təqdimatlar aparılır.

Akademik Yaqub Mahmudov bildirib ki, ermənilər nəinki Cənubi Qafqaza, ümumiyyətlə, Asiya qitəsinə köçüb gəlmə əhalidir: “Ermənilərin köçürülməsi ilə bağlı əlimizdə minlərlə arxiv sənədləri var. İrəvan, Qarabağ və Naxçıvan xanlıqlarının tarixi yazılıb. Dünyaya sübut etmişik ki, ermənilər Qafqaza gəlmədilər. Tarix institutunda aparılmış tədqiqatlar nəticəsində sübut edilib ki, 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb”.

Yaqub Mahmudov qeyd edib ki, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” fundamental tədqiqatı türk, rus, ingilis, rumın, italyan, ispan və ərəb dillərinə tərcümə edilərək dünya ölkələrində yayılıb.

Konfransa qatılan Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral keçirilən bu tədbiri çox yüksək qiymətləndirib və konfransın işinə uğurlar diləyib.

Elmi konfransda Azərbaycan, Türkiyə, Rusiya və dünyanın digər ölkələrindən tanınmış mütəxəssislər məruzələrlə çıxış ediblər.

Konfrans “Tarix və mədəniyyət”, “Siyasət”, “İqtisadiyyat”, “Keçmiş günümüzdən Qafqazın tarixində regional məsələlər” və “Qafqazın gələcəyi” adlı bölmələrdə fəaliyyət göstərib.

 

www.yenicag.az

5139
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv