Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Azərbaycanda yeni fond yarandı

Nazirlər Kabineti Dövlət Əməyin Mühafizəsi Fondunun əsasnaməsini təsdiqləyib.

Yenicag.az xəbər verir ki, əsasnamə Dövlət Əməyin Mühafizəsi Fondunun idarə olunması və onun vəsaitlərindən istifadə edilməsi qaydalarını tənzimləyir.

Fondun məqsədi ölkədə əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətinə uyğun olaraq həyata keçirilən əməyin mühafizəsi tədbirlərinə maddi-texniki dəstək verməkdir.

Fondun idarə edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Fondun vəsaiti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanı həyata keçirən sığortaçıların könüllü ödəmələrindən, müəssisələrin və vətəndaşların könüllü ödəmələrindən və başqa ödəmələrdən toplanan mənbələr hesabına formalaşdırılır.

Fondun vəsaiti Nazirliyin büdcədənkənar xüsusi xəzinə hesabında yığılır və Nazirlik bu vəsaitlər üzərində sərəncam verir.

www.yenicag.az

4575
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM