Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Azərbaycanda yeni xəbər saytı fəaliyyətə başladı - OnlinePress

Azərbaycanda OnlinePress xəbər saytı fəaliyyətə başlayıb.

Yenicag.az xəbər verir ki, OnlinePress xəbər saytının yaradılmasında əsas məqsəd Azərbaycanda və dünyada baş verən ən mühüm siyasi, iqtisadi və digər yenilikləri işıqlandırmaq, ölkə həqiqətlərini, respublikanın siyasi və iqtisadi həyatını əks etdirən dolğun məlumatları, ölkəmizin Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu haqlı mövqeni dünyaya çatdırmaqdır.

Əsas iş prinsipi operativlik və tərəfsizlik olan Onlinepress.az Azərbaycan və yaxın vaxtlarda Rus dillərində xəbərlər yayımlayacaq. Onlinepress.az-da Ölkəmizin siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlarla yanaşı, regionda və dünyada baş verən hadisələr barədə xəbərlər, məqalələr, müsahibələr, ekspert rəyləri yer alır.

Saytın internet ünvanı: www.onlinepress.az

Qeyd edək ki, saytın rəhbəri Toğrul Allahverdilidir.

www.yenicag.az

3125
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM