Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Azərbaycandan ABŞ-a uçanların diqqətinə - Yeni qadağa

Bakı şəhəri – Nəqliyyatda Təhlükəsizlik İdarəsinin (TSA) sərəncamına əsasən Amerika Birləşmiş Ştatlarına və Amerika Birləşmiş Ştatlarından bütün uçuşlarda sərnişinlərin əl yükündə 350 ml-dən çox tozvari maddələrin daşınmasına qadağa qoyulur.

Yenicag.az-ın məlumata görə, belə maddələrə un, şəkər, qəhvə, ədviyyatlar, quru süd və digər bənzər məhsullar da daxildir. Uçuş zamanı bu cür maddələr sərnişinə lazım olmayacağı təqdirdə onlar qeydiyyatdan keçən baqaja təhvil verilməlidir.

350 ml-dən çox həcmli dərmanlar (tozlar) və uşaq qidası hava gəmisinin salonunda yalnız bağlı şəkildə daşına bilər.

Hava limanlarının rüsumsuz zonalarında (Duty Free) alınan məhsullar bağlı şəkildə və alışı təsdiq edən qəbzin mövcud olması şərtilə daşınmaya qəbul edilir.

Qadağa edilmiş maddələrin əl yükündə daşınması məsələsinə Bakı və Nyu-York hava limanlarında aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşları tərəfindən ciddi nəzarət ediləcək.

www.yenicag.az

633
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS