Azərbaycandan Həccə gedən zəvvarlar bu gün yola düşür – Yenicag.Az

Reklam

Reklam

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu bun gün təyyarə ilə Səudiyyə Ərəbistanına yola düşür.

Qafqaz Müsəlmanları İdarəsindən Yenicag.az-a verilən məlumatda bildirilib ki,  zəvvarlar mərhələli şəkildə avqustun 11-dən 15-ə qədər yola salınacaqlar, qayıtma vaxtı isə sentyabrın 1-dən 4-ə qədər yekunlaşacaq. Zəvvarlar 8 təyyarə ilə yola salınacaq.

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərin sənədləri qəbul edilib. Zəvvarlardan 30-a yaxını təkrar ziyarət edənlərdir.

Həcc ziyarətinin qiyməti isə 4150 dollar təşkil edir. Səudiyyə Ərəbistanı qanunlarına əsasən, son 4 il ərzində ardıcıl ziyarətə gedənlər əlavə 535 dollar ödəməlidir. Yəni, əgər bir şəxs son 4 ildə hər il Həcc ziyarətinə gedibsə və bu il də gedirsə, əlavə məbləğ ödəməlidir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2648
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."