Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycandan xaricə gedənlərin sayı artdı

Bu ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 14,1% artaraq 5095 min nəfər olub.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, ölkə vətəndaşlarının 36,7%-i İrana, 28,7%-i Gürcüstana, 17,6%-i Rusiya Federasiyasına, 11,5%-i Türkiyəyə, 5,5%-i isə digər ölkələrə gedib. Gedənlərin 64%-ni kişilər, 36%-ni qadınlar təşkil edib.

Qeyd edək ki, ötən ilin analoji dövrü ilə müqaisədə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 25,5%, Gürcüstana gedənlərin sayı 12,7%, Rusiya Federasiyasına gedənlərin sayı 6,2%, Türkiyəyə gedənlərin sayı isə 4,5% artıb.

Bu ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 82,5%-i dəmir yolu və avtomobil, 16,8%-i hava, 0,7%-i isə su nəqliyyatından istifadə edib.

Loading...

www.yenicag.az

622
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100