!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycandan xaricə KAPİTAL AXINI: “O pulları Qərbdəki mafiyaların caynağından qurtarmaq...” - Keçmiş nazir

!Reklam – Yazi

“O halda, vətəndaş biznes planlarını həyata keçirmək üçün əlindəki vəsaiti qeyri-leqal yolla xaricə çıxarmağa çalışır”.

Bu fikirləri Azərbaycandan xaricə kapital çıxarılmasını tənzimləyən qanunvericilik bazasının olmamasından yaranan problemləri dəyərləndirən sabiq maliyyə naziri, professor Saleh Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, hökumət bu məsələni tənzimləmək üçün zəruri addımlar atmalıdır:

“Çox vacib bir məsələ var ki, hazırda Azərbaycanın istər vətəndaşlara, istərsə də şirkətlərə aid xaricdə kapital haqqında qanunvericilik aktları yoxdur. Bu, böyük problem yaradır.

Ona görə də normal ticarət həyata keçirmək istəyən vətəndaşlar öz pullarını ölkədən kənara çıxaranda qeyri-leqal yollardan istifadə etməli olurlar. Çünki bunun üçün qanunvericilik yoxdur.

Yəni kiminsə leqal qazanılmış nağd pulu varsa və o vəsaiti ticarət, yaxud da investisiya məqsədilə xaricə ötürmək istəyirsə, bunu tənzimləməli olan qanun mövcud deyil. O halda, vətəndaş biznes planlarını həyata keçirmək üçün əlindəki vəsaiti qeyri-leqal yolla xaricə çıxarmağa çalışır.

Ancaq vətəndaşın öz leqal vəsaitlərini xaricə – Böyük Britaniya, ABŞ və ya başqa ölkə – qanunsuz yolla keçirdikdə o pul artıq qeyri-leqal, mənbəyi olmayan vəsaitə çevrilir, risk altına düşür. O baxımdan, hökumətin bu məsələni optimal qaydada həll etməyinə ehtiyac var.

Daha açıq danışsaq, hökumətə ölkədən xaricə leqal və ya qeyri-leqal yollarla çıxarılmış külli miqdarda vəsaiti Avropa ilə Amerikanın böyük mafiyalarının caynağından qurtarıb Azərbaycana qaytarılması istiqamətində addımlar atmağı tövsiyə edirəm. O pullar ölkənin banklarına yerləşdirilməlidir. Amma bu zaman Beynəlxalq Bankın məlum təcrübəsini təkrarlamaq olmaz”.

A.Zeynalov

www.yenicag.az

612
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv